Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti turun oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən abduləzimovanın formasını şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu 2-ci turda İtaliyanın "Savino del Bene Scandicci" kollektivini qonaq eib. 

Görüş favorit hesab olunan qonaqların üstünlüyü ilə keçib. Lakin meydan sahibləri güclü rəqibə ciddi müqavimət göstərə biliblər. Bununla belə blokçumuzun komandası meydandan quru hesablı məğlubiyyətlə ayrılıb - 0:3 (18:25, 18:25, 22:25).

Koamndasının xalsız qaldığı matçda millimizin və "Vasas"ın kapitanı Ayşən möhtəşəm oyunla yadda qalıb. 6 dəfə fərqlənən voleybolçumuz bu xallardan 5-ni hücumda, 1-ni isə blokda qazanıb. Abduləzimova hücumda 83 faizlə oynamaqla qarşılaşmanın ən yaxşı göstəricisinə imza atıb.

 

Çempionlar Liqası

2-ci tur 

B qrupu

   "Vasas" - "Savino del Bene Scandicci" 0:3 (18:25, 18:25, 22:25)