Kapitanımız ÇL-də qələbəni son anda əldən verdi
- 21 Dek 2022 10:43
- 393
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıtanın "Vasas" klubu qitənin ən nüfuzlu turnirinin 2-ci turunda Polşanın "Developres" klubunu qəbul edib.
Voleybolçumuzn komandası doğma meydanda baş tutan görüşə yaxşı başlayıb və 2:0 hesabı ilə önə keçib. Lakin qonaqlar sonradan təşəbbüsü tam ələ ala biliblər. Ardıcıl 3 hissədə uduzan Ayşən və rəfiqələri 5 setlik matçdan 2:3 (25:20, 28:26, 20:25, 20:25, 9:15) hesablı məğlubiyyətlə ayrılıblar.
Komandasının qələbəni son anda əldən verərək yalnız bir xalla kifayəətləndiyi qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 7 xal qazanıb. Abduləzimova qonaqları 3 dəfə hücumda, 2 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib.
Qeyd edək ki, "Vasas" ÇL-da növbət oyununu gələn iil yanvarın 11-də Fransanın "Mulhouse" klubuna qarşı keçirəcək.