Macarıstanda qadın voleybolçuların çempionatında növbəti turun qarşılaşmaları baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" 4-cü tur çərçivəsində "Fatum"un qonağı olub.

Səfər görüşü voleybolçumuzun komandasının tam üstünlüyü ilə keçib. Matçən əvvəlindən təşəbbüsü ələ alan Ayşən və rəfiqələri meydandan quru hesablı qələbə ilə ayrılıblar - 3:0 (25:16, 25:17, 25:14).

Komandasının çətinlik çəkmədiyi bu qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 11 xal qazanıb. Abduləzimova meydan sahiblərini 7 dəfə hücumda, 4 dəfə isə blokda məyus edib.