Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" 1-ci turda "KNCR" klubu ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan oyun "Vasas" üçün yaxşı başlayıb və komanda ilk seti qalib başa vurub. Lakin sonradan qonaqlar ümumi hesabı bərabərləşdirə biliblər. Son çempion növbəti hissələri öz xeyrinə yekunlaşdırmaqla sensasiyaya imkan verməyib və 3:1 (25:15, 19:25, 25:14, 25:15) hesablı qələbə qazanıb.

Qeyd edək ki, Ayşən bu görüşə əsas heyətdə başlamasa da, rəqibin set qazanmasından sonra məşqi təcrübəli voleybolçumuzu meydana çıxarmaq məcburiyyətində qalıb. Millimizin və "Vasas"ın kapitanı meydanda olduğu müddətdə 10 xal qazanmaqla komandasının qələbəsində mühüm pay sahibi olub. Abduləzimova rəqibi 6 dəfə hücumda, 3 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.