Macarıstanda qadın voleybolçuların birinciliyində finalçıların adı bəlli olub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" 1/2 finalda "Szent Benedek" klubunu tam məğlub edərək çempionluq uğrunda yarışmaq şansı qazanıb. 

Yarım final mərhələsinin ilk görüşündə qələbə qazanan "Vasas" bu uğurunu davam etdirib. 3 set davam edən cütün son qarşılaşmasında Ayşən və rəfiqələri quru hesablı qələbə qazanıblar - 3:0 (). Bu qələbə ilə komanda Macarıstan çempionu adı uğrunda mübarizə aparmaq şansı əldə edib.

Komandasının adını finala yazdırdığı oyunda yığmamızın üzvü 12 dəfə fərqlənməklə qarşılaşmanın ən yaxşı üç oyunçusundan biri olub. Kapitanımız bu xallardan 6-nı hücumda, 3-nü blokda, 3-nü isə eyslə qazanıb. 

Qeyd edək ki, "Vasas"ın finaldakı rəqibi "Bekescsaba" olacaq. Bu komanda 1/2 finalda millimizin hücumçusu Nikolina Başnakovanın formasını geyindiyi "MCM Diamant" klubunu məğlub edib.