Kapitanımız Macarıstan kubokundakı çempionluqdan danışdı
- 10 Mar 2024 23:17
- 273
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub. "Rekord.az" xəbər verir ki, yığmamızın və "Vasas" klubunun kapitanı çempionluğunu dəyərləndirib:
"Hər il olduğu kimi bu il də məqsədimiz həm kuboku, həm də çempionatı qazanmaqdır. Çox şükür ilk titulu qazandıq, kuboka sahib çıxdıq. Finalda rəqibimiz “Bekescsaba” klubu idi. Ciddi müqavimətlə qarşılaşsaq da, üstünlüyü əldən vermədik və qalib gəldik. Bu, mənim “Vasas”la ardıcıl üçüncü, ümumilikdə isə dördüncü kubokumdur. Bu nəticəyə görə çox şadam. Qarşıda bizi çempionatın yarımfinal oyunları gözləyir. Çalışacağıq ki, orada da ən yüksək səviyyədə oynayıb finala çıxaq, ardınca isə çempion olaq".