Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanda daha bir uğura imza atıb. "Rekord.az" xəbər verir ki, təcrübəli bokçumuzun formasını geyindiyi "Vasas" Macarıstam kubokunu qazanıb.

Həlledici görüşdə voleybolçumuzun komandası "Szent Benedek" klubu ilə qarşılaşıb. Oyun Ayşən və rəfiqələri üçün uğurlu başlayıb və onlar ilk seti qalib başa vurublar. Bundan sonra rəqib ümumi hesabı bərabərləşdirə bilib. Lakin yenidən təşəbbüsü ələ alan "Vasas" üstünlüyünü sonadək qoruyub və 3:1 (25:23, 22:25, 25:21, 25:19) hesablı qələbə qazanmaqla ölkə kubokuna shaib çıxıb.

Komandasının daha bir uğur qazandığı görüşdə yığmamızın üzvü 7 dəfə fərqlənib. Kapitanımız bu xallardan 4-nü hücumda, 3-nü isə blokda qazanıb.