Kapitanımız qitə birinciliyində zədələndi
- 22 Avq 2021 21:29
- 684
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova zədələnib. "Rekord.az" xəbər verir ki, kapitanımız bu gün Rusiya ilə oyunda iştirak edə bilməyib.
Təcrübəli blokçumuz zədə səbəbindən bu matçda komandamıza kömək edə bilməyib. Voleybolçumuz dünən Bosniya və Herseqovina millisinə qarşı keçirdiyi oyun zamanı zədələnib. Müayinə nəticəsində məlum olub ki, Ayşənin hücum zamanı bel əzələsi dartılıb. Abdulazimova bir neçə gün müalicə almalı olduğundan sabahkı qarşılaşmada da meydana çıxa bilməyəcək.