Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 12-ci turda "MTK Budapest" klubunu qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Ayşən və rəfiqələri 3 set davam edən matçda quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:12, 25:17, 30:28).

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin və "Vasas"ın kapitanına istirahət verilib və o, meydana çıxmayıb. 

Qeyd edək ki, "Vasas" xallarının sayını 35-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir.