Kapitanımızın komandası Çempionlar Liqasında "Fenerbahçe" ilə qarşılaşıb
- 09:49
- 45
Qadın voleybolçulardan ibarət Azərbaycan milliinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında nvöbəti dəfə meydana çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas Obuda" klubu 4-cü tur çərçivəsində Türkiyənin "Fenerbahçe" klubu ilə üz-üzə gəlib.
İstanbulda təşkil olunan görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb və "Fenerbahçe" 2:0 hesabı ilə irəli keçib. Lakin bundan sonra güclü rəqibinə ciddi müqavimət göstərən Macarıstan təmsilçisi 3-cü setdə üstün oyun nümayiş etdirib və ümumi hsabı azaldıb - 1:2. Növbəti hissə də qədər gərgin keçib. Çempionluğa ən iddialı komandalardan olan İstanbul klubu təcrübəsi və kifayət qədər güclü heyəti sayəsində seti qalib başa vura bilib. Beləliklə, 4 hissə davam edən matçda Ayşən və rəfiqələri 1:3 (16:25, 18:25, 25:22, 20:25) hesaı ilə məğlub olublar.
Komadasının rəqibə ciddi müqavimət göstərdiyi qarşılaşmada Abduləzimova 5 dəfə fərqlənib. Millimizin və "Vasas Obuda"nın kapitanı bu xallardan 3-nü hücumda, 2-ni isə blokda qazanıb.