Kapitanımızın komandası çempionluğu son oyuna saxladı
- 10 May 2022 10:50
- 827
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas" ölkə birinciliyinin finalında "Bekescsaba" ilə 4-cü qarşılaşmasına çıxıb.
Əvvəlki 3 görüşdə olduğu kimi bu dəfə maksimum hesab qeydə alınıb. Kifayət qədər gərgin başlayan matçda tərəflər növbə ilə hərəyə iki set qazanmaqla görüşün taleyini tay-brekə daşıyıblar. həlledici hissədə isə rəqib daha dəqiq oynayıb. 5 set davam edən qarşılaşmada Ayşən və rəfiqələri 2:3 (33:31, 14:25, 25:16, 20:25, 11:15) hesabı ilə uduzublar.
"Vasas"ın cütün taleyini son oyuna saxladığı oyunda yığmamızın üzvü 10 xal qazanıb. Kapitanımız rəqibi 5 dəfə hücumda, 5 dəfə isə blokda məyus edib.
Qeyd edək ki, ümumilikdə 3 qələbə qazanacaq komanda Macarıstan çempionu adına sahib çıxacaq. 4 oyundan sonra tərəflər hərəyə 2 qələbə qazanıblar. Bununla da çempionun adına son oyunda aydınlıq gələcək. Bu qarşılaşma isə mayın 10-da baş tutacaq.