Karantin qaydalarını pozan futbolçu üzr istədi
- 31 Mar 2020 13:42
- 575
Niderlandın "Ayaks" klubunun futbolçusu Kvinsi Promes koronavirusla əlaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib.
Rekord.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu "Instagram" səhifəsində yazıb.
O, futbol üçün çox darıxması səbəbindən Amsterdamda dostları ilə oynadığını bildirib. Təcrübəli forvard evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət adlandırıb. Promes görüntüləndiyi video ilə əlaqədar üzrxahlıq edərək, hamıya belə çətin zamanda güc arzulayıb.
Niderland yığmasının da şərəfini qoruyan Promes 2019-cu ildən “Ayaks”da çıxış edir.