Karate üzrə Avropa çempionatı Rusiyadan alındı
- 04 Mar 2022 16:32
- 556
2023-cü ildə Rusiyada keçirilməli olan karate üzrə Avropa çempionatına ev sahibliyi hüququ bu ölkədən alınıb.
Rekord.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytı məlumat yayıb.
Bu barədə Avropa Karate Federasiyasının (EKF) növbədənkənar iclasında qərar qəbul olunub. Videokonfrans formatında keçirilmiş toplantıda WKF və EKF-ın prezidenti Antonio Espinos, həmçinin Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak edib. İclasda Ukraynadakı vəziyyət gündəmdə olub.
EKF qitə çempionatı üçün alternativ ölkə axtarır. Yarışın yeri növbəti həftələrdə açıqlanacaq.
Xatırladaq ki, daha əvvəl Karate 1 Premyer Liqa turniri də Rusiyadan alınmışdı.