Karate üzrə “Qara dəniz” və “Xəzər dənizi” açıq turniri keçirilib
- 14 Okt 2023 22:00
- 323
Abşeron Olimpiya İdman Kompleksində karate üzrə "Qara dəniz" və "Xəzər dənizi" açıq turniri keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən Milli Karate Federasiyasının klublarından biri olan Azərbaycan Karate Təşkilatının keçirdiyi yarışda AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, hakimləır komitəsinin sədri Oqtay Məmmədov, klubun rəhbəri Rənad Əliyev və digər fəxri qonaqlar iştirak ediblər.
Yarışda müxtəlif yaş kateqoriyaları üzrə 52 klubun 700-ə yaxın idmançısı mübarizə aparıb. İştirakçı komandaların 18-i turnirə bölgələrdən qatılıb. Rəsmi açılış mərasimindən sonra həlledici görüşlər baş tutub. Sonda qaliblər diplom və medallarla təltif ediliblər.
AKF-in nəzdindəki bütün federasiyalar bu il dünya çempionatlarında təmsil olunacaqlar.