Karateçilərimiz Moskvada 1 gümüş, 4 bürünc medal qazanıblar
- 11 Noy 2024 15:20
- 133
Rusiyanın paytaxtı Moskvada "Moscow Karate Universe-2024" beynəlxalq karate yarışı keçirilib.
Rekord.az xəbər verir ki, yığmamız turnirdə 5 medal qazanıb.
Şəxsi kumite yarışlarında Teymurova Fidan (-50 kq), Sadıqova Mədinə (-55 kq), Quliyev Əminağa (-60 kq) və Hüseyn Məmmədli (-67 kq) bürünc medal, kata üzrə isə Heydərov Roman gümüş medal qazanıb.
Karateçilərimiz beynəlxalq yarışa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və AKF -nin böyüklərdən ibarət yığma komandasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi ilə yollanıb.
Qeyd edək ki, beynəlxalq yarışda 15 ölkədən (Rusiya, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Belarusiya, Ermənistan, İtaliya, Bolqarıstan, Venesuela, Tunis, Misir, Özbəkistan və Hindistan) 350-ə yaxın karateçi mübarizə aparıb.