Karateçilərimiz Rusiyada 12 medal qazanıb
- 03 Avq 2024 17:30
- 247
Rusiyada karate üzrə "Open Rossiya" beynəlxalq turniri keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan karateçiləri yarışı 12 medalla başa vurublar.
İdmançılarımızdan Nəsimi Musayev (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Nərgiz Aslanova (25 kq), Cəlal Şükürov (35 kq) və Mehdi Abdullayev (+35 kq) açıq çempionatı ikinci yerdə bitiriblər.
Digər karateçilərimizdən Qəhrəman Rzaquliyev (30 kq), Kamran Cəfərli (+42), Dəniz Nəcəfli (47 kq), Mədinə Sadıqova (55 kq), Günay Ramazanova (55 kq), Məhəmməd Kazımlı (60 kq), Aysel Məmmədova (+66 kq) və Murad Hacızadə (+84 kq) bürünc medallara sahib olublar.
Turnirdə ölkəmiz və ev sahibi ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Turkiyə, İran, Belarus, Misir və Ermənistanın 1200 idmançısı qüvvəsini sınayıb.