Azərbaycan millisinin karateçisi İrina Zaretska Yaponiyanın Fukuoka şəhərində keçirilən Premyer Liqa turnirində bürünc medal qazanıb.

Rekord.az xəbər verr ki, Premyer Liqa turnirinin üçüncü mərhələsinə yekun vurulub.

Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevadan üstün olub.

68 kq çəki dərəcəsində dünya və Avropa çempionu olmuş idmançı ötən ay Mərakeşin paytaxtı Rabatdakı eyni yarışda qızıl medal qazanıb.

Zaretska 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib.