Karlsenə uduzan Nicat üçüncü yer uğrunda mübarizə aparacaq
- 20 Avq 2023 22:27
- 341
Bakıda keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
İlk oyunda uduzan Nicata cavab oyununda mütləq qələbə lazım idi.
Ağ fiqurlarla mübarizə aparan Nicat Abasov Maqnus Karlsenlə heç-heçə oynayıb. Ümumi nəticə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.
Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.