I Liqanın şəriksiz lideri "Karvan"ın ölkə kubokunda uğursuz çıxışı və autsayder "Qaradağ Lökbatan"a böyük hesabla uduzaraq mübarizəni dayandırması çoxları üçün gözlənilməz oldu.

Rekord,az-a daxil olan məlumata görə, Yevlax təmsilçisi özü kubokda mərhələ keçməkdə maraqlı olmayıb.

Buna görə də əsas heyəti Bakıya gətirməyiblər. Yevlax təmsilçisi bütün diqqətini çempionat oyununa yönəldib və əsas hədəf Premyer Liqaya vəsiqədi. Buan görə də könüllü olaraq, kubokdan imtina qərarı veriblər.