Premyer Liqaya iddialı olan "Karvan" bu yöndə daha bir ciddi addım atmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, Yevlaxdakı stadion ərazisində yeni yataqxana inşa edən klub rəhbərliyi, bunu ardından akademiya üçün də bina tikməyi planlaşdırır.

Həmin bina sırf uşaqlar üçün nəzərdə tutulacaq və orada komandanın aşağı yaş qruplarından ibarət komandaları məskunlaşacaq.