Dünən I Liqanın mərkəzi görüşündə evdə "Qəbələ"yə 0:1 uduzan "Karvan" hakimlikdən kəskin narazı qalıb.

Rekord.az xəbər verir ki, Yevlax klubu baş hakim Tural Qurbanovun qərəzli idarəçilik etdiyini düşünür.

Əldə etdiyimiz məlumata görə, "Karvan" Turalla bağlı AFFA-ya, Hakimlər Komitəsinin sədri de Blekerə şikayət ünvanlayacaq.