Dünən mətbuatda Ermənistanın "Şirak" komandasının Azərbaycanı təmsil edən "Karvan" komandası ilə yoldaşlıq görüşü keçirməsi haqda məlumat getdi. Hər kəs bunu təəccüblə qarşıladı. Birincisi bir Azərbaycan klubu heç vaxt bir erməni klubu ilə yoldaşlıq qgörüşündə üz-üzə gəlməz. İkincisi də "Karvan" artıq mövcud deyil.

 

Rekord.az xəbər verir ki artıq bu məlumatın yalan olduğu üzə çıxıb.

 

Belə ki "Şirak" Türkiyənin Van komandası ilə yoldaşlıq görüşü keçirib. Görünür kimlərsə ya bilərəkən ya da bilməyərəkən "van"ın əvvəlinə "kar" sözünü əlavə edərək bu cür ucuz şou yaradıb.