Aleksey Kaşuk hazırda nəinki "Sabah"ın, Premyer Liqanın ən parlaq oyun göstərən futbolçularından biridir.

Rekord.az-a daxil olan məlumata görə, son zamanlar ona olan maraq kifayət qədər artıb.

Ukraynalı futbolçuya həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflər gəlir. Bu gedişlə "Sabah"ın onu saxlayacağı real görünmür. Çünki bizə daxil olan məlumata görə, onu heyətində görmək istəyən klublar "Sabah"da aldığından ikiqat artıq maaş təklif edir.