Argentinanın "Boka Xuniors"un kollektivi hücumçu Edinson Kavani ilə müqavilə müddətini uzadıb.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Buenos Ayres təmsilçisi 37 yaşlı futbolçu ilə 2026-cı ilin dekabrına qədər anlaşıb.

Kavani 2023-cü ildə "Boka Xuniors"a keçib. O, Argentina klubunun heyətində 43 oyun keçirib və 20 qol vurub.