"Karvan"ın Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə baş məşqçi postunda dəyişiklik olacağına dair xəbərlər səngimək bilmir və bu posta bir sıra mütəxəssislərin adı hallanır.

Rekord.az məsələyə komandanın hazırkı baş məşqçisi Kənan Kərimovun münasibətini öyrənib.

Kərimov tutduğu post ətrafında gəzən söhbətlərə belə münasibət bildirib: "Bu, normal şeydi, hələ şeylər eşidəcəyik, çox şeylər yazılacaq. Hazırda biz tamamilə son 9 tura köklənmişik. Düzdür, hazırda 2-ci pillədə qərarlaşmışıq, lakin bu, o demək deyil ki, Premyer Liqaya vəsiqəni təmin etmişik. Bunun üçün son 9 turda ən azı hazırkı mövqeyimizi əlimizdə saxlamalıyıq. Eyni zamanda lisenziyalaşdırma ilə bağlı məsələləri də həll etməliyik. Hazırda bu məsələlərə köklənmişik. İnşAllah Premyer Liqaya vəsiqə qazansaq, ondan sonra bu sualları verərsiniz. Mən də cavablandıraram".