Yeni mövsümə hazırlıqları davam etdirən "Kəpəz"in maraq dairəsində olan növbəti futbolçunun kimliyi məlum olub.

Rekord.az xəbər verir ki, bu, "Səbail"dən tanıdığımız iranlı legioner Peyman Keşavarzdı.

Bu barədə sportinfo.az-a açıqlamasında baş məşqçi Yaşar Vahabzadə məlumat verib.

Təcrübəli məşqçi uzun müddətdir klubsuz qalan oyunçu ilə danışıq apardıqlarını və razılıq olarsa, adıçəkilən futbolçunun komandaya qoşulacağını bildirib.

26 yaşlı mərkəz müdafiəçisi 2019/20 mövsümünü Bayıl təmsilçisində keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol və 1 asistlə yadda qalıb.

"Səbail"dən ayrılandan sonra qısa müddət "Traktor"da çıxış edən oyunçu 8 aydı klubsuzdur.