Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Sumqayıt-2” “Qaradağ Lökbatan”ı, “Neftçi-2” isə “Keşlə-2″ni minimal hesabla məğlub edib.

Gəncənin “Kəpəz” klubu azlıqda qalmasına baxmayaraq, səfərdə MOİK-i məğlub etməyi bacarıb. “Sabah-2” isə “Zaqatala”ya 3 qolla qalib gəlib.

Tura sabah keçiriləcək “Turan Tovuz” – “Səbail-2” matçıyla yekun vurulacaq.

Birinci Divizion
14-cü tur

6 fevral

Sumqayıt-2 – Qaradağ Lökbatan 1:0
Qol: Cəlal Cəbrayılov, 90+2.
Qırmızı vərəqə: Tahir Zeynalov, 66 (“Sumqayıt-2”)
Hakimlər: Rauf Allahverdiyev, Mübariz Haşımov, Teymur Teymurov, İnqilab Məmmədov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança).

Keşlə-2 – Neftçi-2 0:1
Qol: Əlibəy Məmmədli, 80.
Qırmızı vərəqə: İbrahim Əliyev, 90+4 (“Neftçi-2”)
Hakimlər: Rəşad Əhmədov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov,, İslam Məmmədov.
“AZAL Arena”.

MOİK – Kəpəz 0:1
Qol: Tural Qürbətov, 47.
Qırmızı vərəqə: Orxan Abdullayev, 90+2 (“Kəpəz”)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu.

Sabah-2 – Zaqatala 3:1
Qol: Fərid Kazımzadə, 64. Bəxtiyar Soltanov, 79; 85 – Bəhruz Teymurov, 43-pen.
Qırmızı vərəqə: Bəhruz Teymurov, 48 (“Zaqatala”)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena” (ehtiyat meydança).

7 fevral

Turan Tovuz – Səbail-2
Hakimlər: Rəhim Həsənov, Eyyub İbrahimov, Elxan Əsgərzadə, Namiq Bəkirov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

Qeyd 1: Bu tur “Qarabağ-2” komandası istirahət edəcək.
Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Ağsu” – “Zirə-2” matçı keçirilməyəcək.