Yeni mövsüm Premyer Liqada çıxış edəcəyi dəqiqləşən "Kəpəz"də transfer çalışmaları davam edir.

Rekord.az xəbər verir ki, Qərb təmsilçisinin danışıq apardığı Premyer Liqa təcrübəsi olan futbolçular arasında Mirabdulla Abbasov da yer alıb.

Hazırda "Neftçi"yə məxsus olan forvard baş məşqçi Samir Abasovla arasında yaranan narazılığa görə qışdan sonra əvəzedici komandaya göndərilib.

Mirabdullanın son çempionla müqaviləsi növbəti mövsümün sonuna kimidir.

Razılıq əldə olunsa, 27 yaşlı sabiq milli üzvü icarə əsasında da Gəncə klubunda çıxış edə bilər.