“Kəpəz” PFL Əsasnaməsinin tələblərini pozduğu üçün cəzalandı
- 21 Avq 2024 15:40
- 163
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şamaxı-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 30 dəqiqə gec başladığına görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kəpəz-2” klubu 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununda stadionun texniki zonası xətlənmədiyinə görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.
“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib.