
“Kəpəz” “Şamaxı” ilə matça itki ilə çıxacaq
- 15 Fev 2025 15:30
- 134
“Kəpəz” Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Şamaxı”nı qəbul edəcək.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.
Müdafiəçi Dioqo Verdaska cəzalı durumdadır. 22-ci turun “Araz-Naxçıvan”la matçında 4-cü sarı vərəqəni görən portuqaliyalı futbolçu qarşıdakı görüşü buraxmalı olacaq.
“Kəpəz” – “Şamaxı” oyunu 17 fevral tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək.