"Kəpəz"in və Gəncə futbolunun mövcud durumu ilə bağlı AFFA prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayan bir qrup gəncəli futbol veteranı onunla görüşmək istəyir.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, hələlik bu məsələdə müsbət cavab yoxdur.

Belə ki, federasiyadan gəncəli veteranlara görüşlə bağlı razılıq cavabı verilməyib.