"Kəpəz"in növbəti mövsümdə də ev oyunlarını Gəncədən kənarda keçirəcəyi məlumdu.

Rekord.az xəbər verir ki, komandanın hansı stadionda oynayacağı dəqiqləşməyib.

Əldə etdiyimiz məlumata görə, "Kəpəz" rəhbərliyi yenidən "Qəbələ" rəhbərliyinə üz tutacaq. Xahiş edəcəklər ki, ev oyunlarını bu rayonda keçirməyə icazə versinlər.

Qeyd edək ki, "Kəpəz" bir müddət ev oyunlarını Qəbələdə keçirdi. Lakin Kaxaber Sxadadzenin gəlişindən sonra gürcü məşqçi Gəncə təmsilçisinin onların əsas rəqibi olduğunu əsas gətirərək ev oyunlarını Qəbələdə keçirmələrini istəmədiyini bildirdi. Bundan sonra "Kəpəz Qəbələdən ayrılıb Tovuz üz tutmalı oldu.