
"Kəpəz"də "mükafat bayramı": yenə vəd verildi
- 06 Mar 2025 15:51
- 176
Dünən "Neftçi" üzərində qələbə qazanan "Kəpəz" futbolçularına yaxşı mükafat təyin olunub.
Rekord.az xəbər verir ki, klubun idarə heyətinin sədri İlqar Nadiri şəxsən bunu futbolçulara açıqlayıb.
Həmin mükafat "Sumqayıt"la növbəti həftənin bazar ertəsi keçiriləcək oyuna qədər futbolçuların hesabına köçürüləcək. Eyni zamanda, "Sumqayıt" üzərindəki qələbəyə görə də mükafat vəd olunub.