"Kəpəz"ə qayıtmağa razılıq verdi, amma....
- 10 Sen 2024 11:00
- 509
Birləşmş Ərəb Əmirliklərinin “Əl Nəsr” klubundan ayrılmaq üzrə olan Olevale Onanunqa yenidən "Kəpəz"ə qayıtmağa razılıq verib.
Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi onunla ilkin danışıqlar aparıb və razılığını alıb.
Lakin məsələnin maliyyə tərəfi ilə bağlı danışıqlar davam edir. İş ondadır ki, klubun maddi durumu Onanunqanın burada oynadığı dönəmdən daha pisdi. Bu baxımdan "Kəpəz" futbolçuya yüksək maaş verə bilməyəcək. Futbolçu isə ən azı burada oynadığı dönəmdə aldığı maaşı almaq istəyir. Hazırda məhz bunun üzərində danışıq aparılır.