"Kəpəz"in sponsor problemi böyük ölçüdə həllini tapıb.

Rekord.az-a bununa bağlı çox etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, sponsor SOCAR rəhbərliyinə yaxın şəxslərdən və şirkətlərdən biridir. Həmin şəxsin İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə də sıx münasibətdə olduğu deyilir. Hazırda məsələ ilə bağlı danışıqlar davam edir və müsbət yekunlaşmaq şansı kifayət qədər yüksəkdir.