
“Kəpəz”in futbolçusu ilə bağlı şikayət qismən təmin edildi
- 29 Apr 2025 18:30
- 53
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Gənclər Liqasında çıxış edən "Kəpəz" komandasının futbolçusu Amur Yusifovla bağlı şikayəti qismət təmin edib.
Rekord.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
AFFA İntizam Komitəsi "Qarabağ"la oyunun 67-ci dəqiqəsində rəqibi təhqir edən və qırmızı vərəqə ilə cəzalanan oyunçunu aprelin 23-də üç oyunluq cəzalandırmışdı. Qərar dəyişilərək üç matçlıq cəzasının 1 oyunu şərti tətbiq ediləcək.
Yusifova üç aylıq sınaq müddəti də verilib.