“Kəpəz”in futbolçusuna 1 oyunluq cəza
- 30 Okt 2024 13:40
- 105
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” komandasının 29 nömrəli futbolçusu Dioqo Verdaska hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz” komandası 500 manat cərimə edilib.
“Səbail” – “Sumqayıt” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilib.
“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilib.