AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün baş tutan iclasda Əvəzedicilər Liqasının 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Kəpəz-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.


“Kəpəz-2” – “Sabah-2” oyununun 15-ci dəqiqəsində “Kəpəz-2” komandasının 83 nömrəli futbolçusu Qəşəm Məmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz-2” komandası 100 manat cərimə edilib.


“Kəpəz-2” – “Sabah-2” oyununda “Kəpəz-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.


“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.