AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, Əvəzedicilər Liqasının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.


“Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.


“Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 81-ci dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli futbolçusu Amur Yusifov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz-2” komandası 50 manat cərimə edilib.