“Kəpəz”in oyununda 6 qol, “Neftçi”dən darmadağın
- 13 Fev 2020 17:30
- 903
Bu gün Azərbaycan Birinci Divizionunda 15-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Gəncədə “Kəpəz” “Keşlə-2″ni qəbul edib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
“Turan Tovuz” isə səfərdə “Qaradağ Lökbatan”dan üstün olub.
“Neftçi-2” bu turda “Sumqayıt-2″ni darmadağın edib.
Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.
Birinci Divizion
15-ci tur
13 fevral
Kəpəz– Keşlə-2 3:3
Qol: Tural Qürbətov, 34; 68. Ümid Səmədov, 43 – Elmir Rəhimzadə, 11-pen; 90+5, Pərviz Azadov, 64.
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Elman Kərimov, Kamranbəy Rəhimov
Gəncə şəhər stadionu.
Neftçi-2 – Sumqayıt-2 4:0
Qol: Vüsal Əsgərov, 25. İsmayıl Zülfüqarlı, 47. İlyas İlyasov, 66-avtoqol. Muxtar Əliyev, 68.
Qırmızı vərəqə: Eldost Qiyasbəyli, 78 (“Sumqayıt-2”)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Tural Qurbanov
“AZAL Arena”
Qaradağ Lökbatan – Turan Tovuz 1:2
Qol: Rüstəm Nuriyev, 55-avtoqol – Fərid Məmmədov, 14. Aqşin Muxtaroğlu, 27.
Qırmızı vərəqə: Əzəmət Ələkbərli 90+5 (“Turan Tovuz”).
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Səbuhi Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14 fevral
Zirə-2 – Sabah-2
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Rəvan Həmzəzadə
“AZAL Arena”, 14:00
Zaqatala – Qarabağ-2
Hakimlər: Rauf Cabarov, Taleh Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov
Zaqatala şəhər stadionu, 14:00
Qeyd 1: Bu tur MOİK komandası istirahət edəcək.
Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Səbail-2” – “Ağsu” matçı keçirilməyəcək.