“Kəpəz”in dövrələrarası fasilə dövrü üçün qış hazırlıq planı müəyyənləşib.


Rekord.az xəbər verir ki, “sarı-göylər" yanvarın 2-də Gəncədə bir araya gələcəklər.


Heyət Məşq Mərkəzində bir həftəlik təlim-məşq toplanışı keçirəcək. 


Çempionata hazırlıq müddətində yoxlama oyunları da nəzərdə tutulub. Rəqiblərdən biri artıq məlumdur. Komanda yanvarın 9-da "Qarabağ" ilə qarşılaşacaq. Matç Bakıda olacaq.