"Kəpəz"in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.


Rekord.az xəbər verir ki, Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək.


Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.


Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.