Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 

“Ağsu” “Sumqayıt-2”-ni, “Zaqatala” “Kəpəz”i darmadağın edib. 

“Sabah-2” ilə “Keşlə-2”-nin görüşündə isə qalib müəyyənləşməyib.

Turun qalan oyunları sabah keçiriləcək.

Birinci Divizion
8-ci tur

24 oktyabr

Ağsu – Sumqayıt-2 3:0
Qol: Ceyhun Rəcəbli, 1. Elçin Əliyev, 2; 15.
Qırmızı vərəqə: Cavid Quliyev, 90+5 (Sumqayıt-2).
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamal Umudlu.
Ağsu şəhər stadionu

Sabah-2 – Keşlə-2 1:1
Qol: Filip İvanoviç, 27 – Tunar Mütəllimov, 39.
Hakimlər: Rəhman Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Namiq Bəkirov.
“Bank Respublika Arena” (ehtiyat meydança).

Zaqatala – Kəpəz 3:0
Qol: İbrahim Qədirzadə, 15. Bəhruz Teymurov, 45+3. Kamal Dənziyev, 88.
Qırmızı vərəqə: Səid İbadov, 90 (Zaqatala) – Ayxan Quluzadə, 71 (Kəpəz).
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Zaqatala şəhər stadionu.

25 oktyabr: Qarabağ-2 – MOİK, Zirə-2 – Neftçi-2, Səbail-2 – Qaradağ Lökbatan.

8-ci turda “Turan Tovuz” komandası istirahət edir.