Milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı “Keşlə” də yoxlama görüşündə qüvvəsini sınayacaq.

Rekord.az xəbər verir ki, paytaxt klubu Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşacaq. Bu barədə “Keşlə”nin mətbuat xidməti məlumat yayıb.

Sözügedən komandalar sabaha - noyabrın 16-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gələcəklər.