"Keşlə" əvvəl müqaviləyə sonra baxışa çağırdı o da imtina elədi
- 10 Yan 2020 15:00
- 904
Yanvarın 12-də qış təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək "Keşlə"də kuryoz hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda "Saburtalo"nun hücumçusu Oqnyen Roloviçə təklif göndərib.
Antalya toplanışına qoşulmağa razılıq verən monteneqrolu forvard daha sonra fikrindən daşınıb. Buna səbəb "Keşlə"nin birbaşa müqaviləyə dəvət etdiyi futbolçu ilə bağlı qərarını son anda dəyişərək onu baxışa çağırması olub. Komandası Gürcüstan Premyer liqasına vəsiqə qazanan 27 yaşlı qoleador yalnız müqavilə bağlamağa gələ biləcəyini deyib.
Qeyd edək ki, Roloviç azərbaycanlı yarımmüdafiəçi Nicat Qurbanovun komanda yoldaşıdır. Ötən mövsümü aşağı divizionda mübarizə aparıblar. (sportinfo.az)