“Keşlə” ilə “Qəbələ”nin 51-ci dueli
- 26 Okt 2019 14:20
- 854
Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Rekord.az xəbər verir ki, “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. Sözügedən komanda Bakıda yerli “Keşlə” ilə görüşəcək. Bu, iki komanda arasında 51-ci duel olacaq.
İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 50 dəfə qarşılaşıblar. 16 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. 117 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdi – 65:52. “Qəbələ”nin bu oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiçdi. Onun hesabında 5 qol var.
“Qəbələ” 25-ci dəfə “Keşlə”nin qonağı olacaq. Səfərdə 8 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 14 dəfə uduzub. Rəqib meydanında 25 qol vuran “Keşlə” futbolçuları 38 top buraxıblar.
Əvvəlki 50 oyundan 45-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. Çempionatda rəqibinin qapısından 45 top keçirən “Qəbələ” 58 qol buraxıb.