"Keşlə" legionerlərini ölkələrinə buraxmayacaq
- 08 Okt 2019 14:00
- 877
Milli komandanın oyunu ilə əlaqədar olaraq oktyabrın 19-a kimi Premyer Liqada fasilə yaranacaq. Adəti üzrə bu cür fasilələr olanda bəzi legionerlər bir neçə günlük vətənlərinə gedirlər.
Rekord.az xəbər verir ki "Keşlə" klubunda belə şey mümkün olmayacaq.
Belə ki rəhbərlik yaranmış fasilə müddətində heç bir legionerini öz ölkəsinə buraxmayacağını bildirib. Bütün futbolçular Bakıda qalıb tam gücləri ilə növbəti turun oyununa hazırlaşmalıdır.
Qeyd edək ki "Keşlə" növbəti turda "Sabah"ı qəbul edəcək. Matç oktyabrın 19-da oynanılacaq.