"Keşlə" nə fikirləşir?
- 08 Apr 2020 18:00
- 933
Bütün klublarda olduğu kimi, "Keşlə"də də qeyri-müəyyənlikdir.
Klubdan Rekord.az-a daxil olan məlumata görə, futbolçular karantin müddətində maaşlarını alacaqlar.
Lakin məşqlərə nə vaxt başlanılacağına dair heç bir yenilik yoxdur. Futbolçular ev şəraitində baş məşqçi Tərlan Əhmədovun verdiyi plan üzrə müəyyən təmrinləri yerinə yetirir. Məşqlərlə bağlı qərar aprelin 20-də ölkə səviyyəndə hökumətin verəcəyi qərardan asılı olacaq.