"Keşlə"də mükafatlar hələ də verilməyib
- 14 Okt 2019 15:00
- 831
Cari mövsümdə yaxşı çıxış edərək ikinci pillədə qərarlaşan "Keşlə" futbolçuları hələ də mükafatlarını ala bilməyiblər.
Rekord.az xəbər verir ki, bunun əsas səbəbi klubun müşahidə şurasının sədri Zaur Axundovun "Araz" futzal klubu ilə ölkə xaricində olmasıdır.
Onun gəlişindən sonra bu məsələ həllini tapmalıdır. Amma digər məlumata görə, ola bilsin ki hər şey "Sumqayıt"la oyundan sonraya qalsın. Yəni "Sumqayıt"ı udub ikiqat mükafat almaq olar.