"Keşlə"nin də büdcəsi azaldıla bilər
- 13 Apr 2020 13:00
- 782
Koronavirus pandemiyasına baxmayaraq, "Keşlə" futbolçularının maaşlarının verilməsində problem yaşanmır. Futbolçular heç bir azalma olmadan mart ayının da maaşını alıblar. Xərcin böyük hissəsini Zaur Axundov öz büdcəsindən ödəyir. Çempionat davam edəcəyi təqdirdə may və iyun ayında da belə olacaq.
Lakin Rekord.az-a daxil olan məlumata görə, növbəti mövsüm klubun büdcəsində azalma olacaq.
Çünki əsas sponsor olan AFFA-nın özündə də maddi sıxıntı yaşanır.
Qeyd edək ki, "Keşlə"nin hazırkı büdcəsi 6 milyon manatdır.